RU

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - işdə rəhbərliklə münasibətlərdə problemlər ola bilər. Hətta iş yerini dəyişməklə bağlı fikirlər yaranması istisna deyil. Qəbul etdiyiniz qərardan asılı olmayarq tələsik davranmayın, düşünülməmiş addımlar atmayın. Kiçik gəlirlər olacaq. Bədxərclik etməyin. Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclənir. Sevdiyiniz insan sizə qayğı göstərəcək, dəstəkləyəcək. Axşam saatlarında səhhətinizə fikir verin.

Buğa - müttəfiq və ya həmfikirlərlə birlikdə gördüyünüz işlərdə uğur əldə edə bilərsiniz. Problemlərin həllinə qeyri-standart yanaşın. Belədə qarşınıza qoyduğunuz məqsədlərə daha tez çata bilərsiniz.

Əkizlər - işdə kiçik problemlər yaransa da, gün pis deyil. Tələsik qərarlar qəbul etməyin, sonradan təəssüf hissi yaradacaq addımlar atmayın. Yanlış qərarların fəsadları çox ağır ola bilər.

Xərçəng - münasib, yaxşı gündür. Problemlərin sayı artsa da, onların arasında maraqlı işlər var. Bu çətinliklərin həlli qarşınızda yeni perspektivlər yaradır. İşdə həmkarlar və rəhbərliklə münasibətlərdə dəyişikliklər, irəliləyişlər ola bilər.

Şir - ətrafınızda vurnuxma və tələskənlik olsa belə, səbrli davranın, təmkinli olun. Maliyyə məsələləri ilə bağlı istənilən qərarları yaxşı düşünəndən sonra qəbul edin. Görüləcək işin mənfi və müsbət tərəflərini real dəyərləndirin. Əhəmiyyətli maliyyə itkisi riski var.

Qız - işdə həddən ziyadə diqqətli olun. Səhv riski böyükdür. Həmkarlar və rəhbərlik sizin tərəfinizdədir. Çətin situasiyada mütləq şəkildə yardım, dəstək alacaqsınız. Alış-verişdə diqqətli olun. Bədxərclik etməyin.

Tərəzi - xoşagəlməz hadisələrin sayı azalmasa da, gün o qədər uğursuz deyil. Diqqəti əsas işlərə yönəldin. İkinci dərəcəli məsələləri təxirə salmaq və ya ertələmək olar. Maliyyə məsələlərinə görə mübahisələr istisna deyil. Uzunmüddətli anlaşmalar və ya müqavilələr üçün yaxşı gün deyil.

Əqrəb - yeni işlərə və layihələrə başlamaq üçün pis gün deyil. Əməkdaşlıq miqyasını artırmaq olar. Liderlik məziyyətlərinizi nümayiş etdirin, yeni müttəfiqlər tapın. Əvvəllər yaratdığınız işgüzar münasibətləri bərpa etmək olar. Tərəfdaşlıqla bağlı yeni təkliflər alacaqsınız.

Oxatan - yeni işlərə başlayarkən ehtiyatlı olun. Onlar düşündüyünüz kimi sadə deyil və yetərincə səy tələb edəcəklər. Müttəfiqlər sizi dəstəkləyəcək. Amma bu dəstək yalnız sözlərdən ibarətdir. Bütün problemləri müstəqil həll etməli olacaqsınız. Yorğunluq hissi yaranacaq. Xroniki ağrılar yenidən aktivləşəcək.

Oğlaq - böyük xərclər tələb edən gündür. Qəfil itkilər ola bilər. Təxribatlara uymayın. Ünsiyyəti indiyədək yaxşı heç nə verməmiş insanların vədlərinə, sözlərinə inanmayın. Belələrinə aldanmayın.

Dolça - müsbət təmayüllərin təsiri çox güclüdür. Uğurlu gündür. İşlərinizdə ciddi uğurlara nail olacaqsınız. Ciddi təşəbbüs göstərmədən belə, maraqlı təkliflər ala bilərsiniz. İşdə başqalarının bacarmadığı məsələnin öhdəsindən gələcəksiniz və rəhbərlik də bunu görəcək.

Balıqlar - günün ilk yarısında mühüm qərar qəbul etməyin, ağır və çətin problemin həllinə başlamayın. Sizə qarşı münasibəti sizdə azacıq da olsa, şübhə yaradan insanlarla uzun-uzadı söhbətlər aparmayın.

Milli.Az

Избранный
135
40
mia.az

10Источники