AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - son vaxtlar dil tapa bilmədiyiniz insanla danışaraq münasibətləri nəzərdən keçirmək zamanıdır. Söhbət zamanı bəlli ola bilər ki, təmaslarınıza sərinlik gətirən məqam çox xırda məsələdir. İşgüzar danışıqlar üçün pis zaman deyil. Yeni tərəfdaşlarla görüş məhsuldar olacaq. Emosiyalara uymayın, hisslərin əsiri olmayın. Ciddi münasibətlərə başlamaq məsləhət deyil. Sevdiyiniz insanın xətrinə dəyməyin.

Buğa - maliyyə durumu birmənalı deyil. Ciddi itkilər təhlükəsi var. Gündəlik işlərə və cari məsələlərə başdansovdu münasibət ağır səhvlərə səbəb ola bilər. İşdə belə situasiya yaranarsa, rəhbərlik narazı qalacaq.

Əkizlər - işləri yerinə yetirmək üçün əlverişli, uğurlu gündür. Çətin, xüsusi diqqət, bilik və bacarıq tələb edən işlərin yerinə yetirilməsinə diqqətli olun. Yeni və məhsuldar əməkdaşlığın əsası qoyula bilər. Maraqlı, cazibədar işgüzar təkliflər ala bilərsiniz. İş yerini dəyişmək qərarına gəlibsinizsə, bu qərarınıza heyfislənməyəcəksiniz.

Xərçəng - məşğul olacağınız işlər ilk baxışdan çox sadə və rutin təsir bağışlasa da, onların icra edilməsinə ciddi yanaşın. Diqqətsizlik problemlər yarada bilər. Bədxahlarla rəqiblər bu gün xüsusilə aktivdirlər. Maliyyə itkiləri istisna deyil. Yaxınlarınızla qarşılıqlı anlaşmaya nail olun. Onlar sizi sevir, dəyər verirlər. Sevdiyiniz insanla birgə planları müzakirə edin. Yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq.

Şir - bütün diqqəti işə yönəldin. Peşəkar fəaliyyət müstəvisində uğurlar qazanmaq, yeni nailiyyətləri gerçəkləşdirmək şansları var. Müstəqil çalışmağınız və ya kollektivdə işləməyinizdən asılı olmayaraq ciddi qərarları təkbaşına qəbul etməlisiniz.

Qız - cari işlərə maksimum diqqət ayıraraq illüzor istəklərə və təxəyyül məhsullarına uymayın. Yaxın ətrafınızdakı insanlar fikrinizi söhbətləri ilə yayıdıracaqlar. Onlar sizdən yardım istəyir, problemlərinin həllini tələb edirlər. Soyuqqanlı olun, emosional davranaraq səhvlərə yol verməyin.

Tərəzi - cari işləri unutmayın, onları vaxtında yerinə yetirin. Yaradıcılıq potensialınızın səviyyəsi yetərincə yüksəkdir. Fəqət, şedevr yaratmağa can atmayın, həlli tələb edən məsələlərlə məşğul olun. İlk baxışdan çox çətin təsir bağışlayan işlərdən qorxmayın. Ən ağır problemləri həll edə bilərsiniz. Öz biliklərinizlə yanaşı, başqalarının təcrübəsindən də bəhrələnməyi bacarın.

Əqrəb - istənilən formada sərt tənqiddən uzaq olun. Düşünülməmiş deyilən sözlər, hətta konstruktiv iradlar belə, bu gün xeyli problemlər yarada bilər. Nüfuzlu insanlarla təmaslar məsləhət deyil. Vaxtınızı müstəqil fəaliyyətə həsr edin. Yaxın perspektivlə bağlı strategiya və uzunmüddətli planlar hazırlayın.

Oxatan - rəqiblər və bədxahlar üzərində qələbə çala bilərsiniz. Mübarizəni müşahidə edən şəxslər sizi dəstəkləyəcəklər. İşdə yeni münasibətlər qura bilərsiniz. Bu təmaslar faydalı olacaq.

Oğlaq - böyük uğurlar və əhəmiyyətli yeniliklər vəd edən gün deyil. Kiçik irəliləyişlərlə kifayətlənmək olar. Situasiyada inqilab etməyə, bütün problemləri bu gün həll etməyə çalışmayın. Səbrli, səliqəli davranın. Həssas, emosional insanlarla birgə fəaliyyətdə olacaqsınız.

Dolça - günün ilk yarısı pis deyil. Cari işlərin yerinə yetirilməsi sizi usandırmayacaq. Əhəmiyyətsiz problemlərə fikir verməyin. Saatlar keçdikcə ciddi problemlər yaranacaq. Bu çətinlik təcili həll tələb edir. Çözümü tapa bilməsəniz, yardım üçün müraciət edəcəyiniz insan əvəzində pul və ya xidmət tələb edə bilər.

Balıqlar - sənədlərlə iş, maliyyə məsələlərinin həlli üçün əlverişli zamandır. Hesabatlar və biznes-planları tərtib edərkən diqqətli davranın. Alış-veriş uğurlu, sərmayələr gəlirli ola bilər. İşgüzar duyum sizi aldatmayacaq. Yaradıcı yanaşma və təxəyyül tələb edən məsələlərdə ləngimələr yarana bilər.

Milli.Az

Seçilən
111
40
mia.az

10Mənbələr