RU

Fərrux Mahmudov: "Axıra qədər getmək lazımdır"

Azərbaycan Basketbol Federasiyasının (ABF) icraçı vitse-prezidenti Fərrux Mahmudovun İdman.biz saytına müsahibəsi

- Qadın Seriyasının Qəbələdə keçirilməsində əsas məqsəd nədir?

- Ötən il bu turnirlər Astara, Şuşa və Bakıda keçirildi. İndi isə Qubadayıq. Son yarış avqust ayında Bakıda olacaq. Bu turnirləri bölgələrdə keçirməkdə məqsəd regionlarda bu idman növünün populyarlığını artırmaqdır.

- Milli komandanın bu yrışda iştirak etməməsinə səbəb nədir?

- Milli komanda Serbiyanın Novıy-Sad şəhərində Paris-2024-ün hazırlıqlarını davam etdirir. İlk gündən planımızda yox idi ki, milli komanda burada iştirak etsin. Çünki zədə də ola bilər. Əsas məqsəd Parisdir.

- "Baku Fleyms"dən bu turnirdə gözləntiləriniz nədir?

- Yeni yaranmış bir komandadır. Məqsədimiz odur ki, daha çox belə yarışlarda iştirak edib təccrübə toplasınlar.

- Yay Olimpiya Oyunlarında hansı nəticəni gözləyirsiz?

- İstəyimiz odur ki, millimiz Parisdə bütün matçlarda yaxşı oynasın. Hər gün Dina Ulyanova və digərləri ilə danışıram. Onlar başa düşürlər ki, bura qədər gəliblər. Ona görə də axıra qədər getməyə hazırdılar.

- Millidə olan zədəli oyunçuların son durumu necədir?

- Dinanın zədəsi var idi. Onunla danışdıq. Artıq yaxşıdır. Tam şəkildə məşqlərə başlayıb.

Emin Ağa

İdman.biz

Избранный
129
13
idman.biz

10Источники