AZ

"3x3 basketbolu Azərbaycanda tanıtmaq istəyirik"

3x3 basketbolu Azərbaycanın regionlarında tanıtmaq istəyirik.

90deqiqe.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) icraçı vitse-prezidenti Fərrux Mahmudov deyib.

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsi barədə fikirlərini bölüşən qurum rəsmisi, turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirib:

"Məqsədimiz basketbolu regionlara daşımaq, daha yaxşı tanıtmaqdı. Bölgələrdəki həmvətənlərimizin beynəlxalq turnirləri yaxından izləməsini istəyirik. Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi hazırda Serbiyada təlim məşq toplanışındadır. Paris Yay Olimpiya Oyunlarına hazırlaşan yığma üzvlərinin Qubadakı turnirdə iştirak etməyəcəyi ilk gündən bəlli idi".

F.Mahmudov Dünya Qadın Seriyasının Quba mərhələsində Azərbaycanın yeganə təmsilçisi olan "Baku Flames"in turnirdə böyük təcrübə qazanacağını bildirib:

"Baku Flames" yeni yaranmış komandadır. Məqsədimiz onların daha çox turnirlərdə iştirak etməsidir. İnanırıq ki, gələcəkdə daha uğurlu çıxışları ilə bizləri sevindirəcəklər".

Seçilən
120
2
90deqiqe.az

10Mənbələr