RU

Belçika – İsrail matçının yeri dəqiqləşib

Millətlər Liqasının Belçika – İsrail oyununun yeri müəyyənləşib.

İdman.biz xəbər verir ki, I turun qarşılaşması Macarıstanda keçiriləcək.

Buna Belçika şəhərlərinin rəhbərliklərinin qərarı səbəb olub. Heç bir şəhər təhlükəsizlik səbəbindən matça ev sahibi olmaq istəməyib.

Bu üzdən qarşılaşma Debretsendə təşkil olunacaq. Görüş “Naqyerdey” stadionunda keçiriləcək.

Qeyd edək ki, oyun tamaşaçısız baş tutacaq.

İdman.biz

Избранный
35
3
idman.biz

5Источники