Bakı. Trend:
Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən "Neftçi" bugün növbəti yoxlama oyununa çıxacaq.
Trend xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyikollektiv "Erzurumspor"la qarşılaşacaq.
Türkiyənin I Liqa təmsilçisi ilə görüşə Bakı vaxtı ilə saat18:00-da start veriləcək.
Qeyd edək ki, "Neftçi" daha öncə Super Liqa təmsilçiləri"Alanyaspor"u (3:1) və "Sivasspor"u (2:1) məğlub edib.