Milli Məclisin bitərəf deputatı Arzu Nağıyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Bu barədə o, Ulusal.az-ın sorğusuna cavab olaraq məlumat verib.
Deputat 105 saylı Tovuz – Gədəbəy seçki dairəsindən namizədliyini irəli sürəcək.
Qeyd edək ki, Arzu Nağıyev 2020-ci ildə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputat seçilib.