RU

“Yaddaqalan oyunlar göstərmək istəyirik” - Siyasət Əsgərov

"Portuqaliya yığması barədə geniş danışmağa ehtiyac yoxdur. Onların gücləri hər kəsə bəllidi". “Potensial rəqiblərin hamısı yaxşı idi. Ancaq aralarında ən güclüsü bizə düşdü. Pley-offda zəif rəqib olmur. Portuqaliya yığması barədə geniş danışmağa ehtiyac yoxdur. Onların gücləri hər kəsə bəllidi”. Matc.az xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib. AFFA-nın saytına açıqlama verən çalışdırıcı Avropa çempionatının pley-off mərhələsinin püşkünü dəyərləndirib. Mütəxəssis birinci pley-offdakı rəqib Portuqaliya yığmasının güclü komanda olduğunu bildirməklə yanaşı, onlara qarşı layiqli mübarizə aparacaqlarını deyib: “Boş yerə bu mərhələdə olmadığımızı rəqibə göstərməliyik. Komanda olaraq üzərimizə düşəni artıqlaması ilə etməyə çalışacağıq. Oyunlar oktyabrda keçiriləcəyi üçün hələ vaxtımız var. Maksimum dərəcədə yaxşı hazırlaşacağıq. İnanıram ki, ölkəmizə, millimizə yaraşan oyun nümayiş etdirəcəyik. Son iki ildə bu yerlərə qədər gəlib çıxmağımız sevindirici haldır. Yaddaqalan oyunlar göstərmək istəyirik”. Əsgərov ikinci pley-off mərhələsindəki potensial rəqibləri də dəyərləndirib: “Məncə, mümkün rəqiblərin duelində Çexiya qalib gələcək. Onlar Avropa çempionatının seçmə mərhələsinin A Liqasında çıxış ediblər. Həmin liqadan gələn komandalar yüksək keyfiyyətə malikdirlər”.

Избранный
45
14
matc.az

10Источники