RU

Gəncədə ikiaylıq körpə xəstəxanada öldü - əkizi Bakıya aparıldı- YENİLƏNİB

Gəncə Şəhər Uşaq Xəstəxanasına yerləşdirilən əkiz uşaqdan biri ölüb.

Avtosfer.az xəbər verir ki, iyulun 16-da xəstəxananın Təcili Tibbi Yardım Şöbəsinə 21.05.2024-cü il təvəllüdlü körpə (qadın cinsli) yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, həmin gün saat 19:14-də körpənin dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı diaqnozu ilə ölümü qeydə alınıb. Onun əkizi isə Bakıdakı xəstəxanaya köçürülüb.

(qafqazinfo)

***

12:50

Gəncədə ikiaylıq körpə xəstəxanada ölüb.

Bu barədə Avtosfer.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 16.07.2024-cü il tarixdə saat 11:10-da 21.05.2024-cü il təvəllüdlü körpə (qadın cinsli) yerləşdirilib.

"Həkimlərin səyinə baxmayaraq, həmin gün saat 19:14-də körpənin dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı diaqnozu ilə ölümü qeydə alınıb", - məlumatda vurğulanıb.

Избранный
155
37
avtosfer.az

10Источники