RU

Ölkə çempionu Çempionlar Liqasından kənarda qaldı

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.Sportfm.az xəbər verir ki, bu gün daha 6 matç keçirilib.Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə uduzduğu “Borats”ı məğlub edib. İki oyunun nəticəsi bərabər olduğu üçün qalib penalti seriyasında bəlli olub. Albaniya çempionu iki zərbəni qeyri-dəqiq yerinə yetirə bilməyərək turnirlə vidalaşıb. Əliyev 105 dəqiqə meydanda mübarizə aparıb. O, zədələnərək, meydanı tərk edib.Qeyd edək ki, dünən baş tutan matçlardan sonra 2-ci mərhələyə adlayan 8 komanda ("Santa-Koloma" (Andorra), "Panevejis" (Litva), "Linkoln" (Cəbəllütariq), "Dinamo Minsk" (Belarus), "Çelle" (Sloveniya), "Styaua" (Rumıniya), "Nyu-Sents" (Uels), "Şemrok Rovers" (İrlandiya) bəlli olub. UEFA Çempionlar Liqası1-ci təsnifat mərhələsi, cavab oyunları17 iyulStruqa (Makedoniya) - Slovan (Slovakiya) 1:2 (ilk oyun - 2:4)Dinamo Batumi (Gürcüstan) - Ludoqorets (Bolqarıstan) 1:0 (ilk oyun - 1:3)Differdanj (Lüksemburq) - Klaksvik (Farer adaları) 0:0 (ilk oyun - 0:2)Petrokub (Moldova) - Ordabası (Qazaxıstan) 1:0 (ilk oyun - 0:0)Larn (Şimali İrlandiya) - RFŞ (Latviya) 0:4 (ilk oyun - 0:3)Eqnatiya (Albaniya) - Borats (Bosniya və Herseqovina) 2:1, penaltilərlə - 1:4 (ilk oyun - 0:1)скачать dle 10.4 UTF-8Forex для начинающих

Избранный
41
sportfm.az

1Источники