RU

Uşaqlar hansı səbəblərə görə ölü doğulur? - AYDINLIQ GƏTİRİLDİ

“Doğuş zamanı uşaq və ana ölümlərinin səbəbi hamiləliyin patoloji getməsidir. Anada yanaşı xəstəliklərin olması və ya hamilələyin gedişində ağırlaşmalar həm ananın, həm də uşağın həyatı üçün təhlükə yaradır. Bundan başqa, patoloji keçən hamiləlik, dölyanı suyun bulanması və digər problemlər uşaqların ölü doğulmasına gətirib çıxarır. Ən yaxşısı odur ki, qadınlar hamilə qalmazdan əvvəl yoxlansınlar. Hamilələr isə ən azı müəyyən bir çekap üzrə müayinə olunmalı, ginekoloji və ya “qanında infeksiyalar varmı” deyə yoxlanmalıdır”. Bu sözləri SİA-ya danışan həkim Adil Qeybulla deyib.

A.Qeybulla qeyd edib ki, eyni zamanda anada böyrək çatışmazlığı kreatinin artıqlığı, qaraciyərində başqa problemlərin olub-olmaması yoxlanmalıdır: “Tənəffüs infeksiyaları, qrip kimi xəstəliklər də uşağın ölü doğulmasına gətirib çıxaran amillərdəndir. Təəssüf ki, bizdə vəziyyət belə deyil. Qadınların çoxu ya doğuş vaxtı, ya da hansısa xəstəliyinin ağırlaşması vəziyyətində həkimə müraciət edirlər. Bundan başqa, uşağın gipoksiyadan (orrqanizmdə oksigen çatışmazlığı) və ya əməliyyat zamanı ölməsi halları da var”.

Избранный
108
15
sia.az

6Источники