İsrail “İslami Cihad”ın dəniz qüvvələri komandirini zərərsizləşdirdi
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərində Fələstinin “İslami Cihad” qruplaşmasının dəniz qüvvələrinin komandiri Anas Muradı hava hücumu nəticəsində zərərsizləşdirib. Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri zərbəni kəşfiyyat məlumatlarına uyğun olaraq həyata keçirib. Bundan əlavə, Qəzza zolağına növbəti hava zərbəsi zamanı 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak edən, həmçinin İsrail ərazisinə raket hücumlarını həyata keçirən “İslami Cihad”ın daha bir yaraqlısı zərərsizləşdirilib.