RU

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - güc və enerjiniz az deyil. Planlarınızdan imtina etməyin. Niyyətləriniz bəzilərinə absurd təsir bağışlasa da, geri çəkilməyin. Ehtiyac yaranarsa, səbrlə gözləməyi bacarın. Sakit, soyuqqanlı, təmkinli olun. Gərəksiz hisslərə qapılaraq özünüzlə yanaşı, ətrafınızdakı insanları da nigaranlığa düçar etməyin.

Buğa - sakit, soyuqqanlı olsanız, gün yaxşı keçəcək. Tələskənlik və vurnuxmaya yol verməyin. Mühüm işləri təxirə salmayın. Hisslərdə səbatlı olun, yaxın ətrafınızdakı insanlarla rəvan davranın.

Əkizlər - işgüzar aktivlik səviyyəsi aşağı olacaq. Amma tənbəllik və süstlüyün öhdəsindən gəlin. Astagəl olmayın. Yaranan imkanlardan yararlanın. Situasiyanı dəyərləndirərək maraqlarınızın təminatına çalışın. Alış-verişdə bədxərclik etməyin.

Yaxınlarınızla münasibətlərdə rəvan olun, qarşılıqlı iradlara və tənqidə aludə olmayın. Köhnə səhvlər və incikliklər gündəmə gətiriləcək. Yeni ideyalarınızı dəstəkləməyəcəklər. Axşam saatları fiziki iş və ya sükan arxasında çox vaxt keçirmək üçün əsla uyğun deyil.
 

Xərçəng - maraqlı iş tapıla bilər. Həmin işə diqqətli yanaşın. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Rəqibləri üstələmək üçün aktiv davranın. Nə isə öyrənə biləcəyiniz insanlarla təmasları intensivləşdirin. İşgüzar maraqlarınızı bölüşən insandan faydalı məlumat ala bilərsiniz.

Şir - ağır və həlli çətin təsir bağışlayan problemin çözümü üçün münasib zamandır. Təsir altına düşməyin, avantüralara uymayın. Sizi aldatmağa çalışırlar. Nə istədiyinizi dəqiq müəyyənləşdirin, məqsədə doğru ən qısa yolla hərəkət edin. Maliyyə və ya əmlak məsələlərinin çözümündə tələsik qərarlar verməyin.

Qız - praktik səciyyəli işləri yerinə yetirmək üçün əlverişli zamandır. Proseslərdə qayda yaratmağa çalışın. Situasiya nəzarədən çıxarsa, onu məcraya qaytarmaq üçün aqressiv, spontan addımlar atmayın. Səfər və ya səyahət sizi usandıra bilər. Müsbət emosiyalar azdır.

Tərəzi - işlərin gedişatı pis deyil. Ruhdan düşməyin, əhvalınızı pozmayın. Məqsədlərdən birinə çata bilmirsinizsə, günahı başqalarında, situasiyada aramayın. Düşündüyünüzü əldə edə bilərsiniz. Maliyyə məsələlərini həll etmək üçün münasib gün deyil. Bütün amilləri nəzərə almaq, optimal strategiyanı müəyyənləşdirmək asan deyil.

Əqrəb - təşəbbüskar olun, illüzor təsir bağışlayan hədəfə doğru ilk adımı atmaqdan çəkinməyin. Bir müddət sonra etibarlı müttəfiq və ya yardımçıya çevriləcək insanla tanış ola bilərsiniz. Yeni biznes-layihənin perspektivlərini, təfərrüatlarını müzakirə edin.

Oxatan - yetərincə uğurlu gündür. Yeni məqsədlər və hədəfləri müəyyənləşdirə bilərsiniz. İndiyədək öhdəsindən gəlməyəcəyinizi düşündüyünüz işləri başa vura bilərsiniz. Son vaxtlar sürəkli mübahisə və ixtilafda olduğunuz insanla barışın. Əməkdaşlıq, tərəfdaşlıqla bağlı razılığa gələ bilərsiniz.

Oğlaq - yeni məqsədə doğru əzmlə addımlamaq istəyənlər üçün münasib zamandır. Tələsik qərarlar qəbul etməyin, vurnuxmayın. Ehtiyatlı davranın, avantürizmə qapılmayın. Yeni yollar arayanda, risk edəndə, situasiyanın tələbi ilə hiyləgərliyə əl atanda sayıq davranın.

Dolça - qəfil səfər zərurəti yarana bilər. Günlə bağlı planlarda sürəkli və ən başlıcası, sürətli dəyişikliklər etmək gərəkdir. Yaxın ətrafınızdakı insanların çoxsaylı məsləhətləri sizi çaşdıra bilər. Məqsədə doğru optimal yolu arayın, dürüst qərarlar qəbul edin. Gözlənilməz hədiyyə və çox maraqlı təkliflərin alınması istisna deyil.

Balıqlar - çox uğurlu gündür. Çoxdan bəri həyata keçirmək istədiyiniz layihəni reallaşdıra biləcəksiniz. Yeni tanışlıqlar, rəğbət bəslədiyiniz insanlarla görüşlər istisna deyil. İntuisiyanız kəskindir. Peşəkar fəaliyyət müstvaisi ilə yanaşı, şəxsi münasibətlərdə diqqətli davranın.

Milli.Az

Избранный
56
40
mia.az

10Источники