Fira Cəlilovaya vəzifə verildi
Dünya Alpaqut Federasiyasının idarə heyətinin qərarı ilə federasiyasının İctimaiyyətlə əlaqələr və Mətbuat departamentinin sədri jurnalist Fira Cəlilova təyin olundu. Federasiyanın prezidenti, Milli Məclisin deputatı Jalə Əhmədovadır.
Dünya Alpaqut Federasiyası alpaqut milli idman növünü inkişaf etdirmək məqsədilə 2014-cü ildə qurulan beynəlxalq idman təşkilatıdır.
Federasiyanın Azərbaycan başda olmaqla 57 ölkə üzrə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var. Federasiya IMGC, FairPLay, ICSSPE, ISNO, GAWSF, TAFISA kimi tanınmış ciddi beynəlxalq idman birliklərinin üzvüdür. Dünya Alpaqut Federasiyası Beynəlxalq Assosiasiyalar İttifaqının nəşri olan Beynəlxalq Təşkilatların İllik Kitabında dərc edilib və Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatına qeydiyyata alınıb.