“Real” yarımmüdafiəçisi Luka Modriçlə müqaviləni uzadıb.
TEMPİNFO xəbər verir ki, xorvat futbolçu 2024/25 mövsümünü də Kral Klubunda keçirəcək.
Daha əvvəl mətbuat onun “Los Blancos”la yeni müqavilə xatirinə maaşının azaldılmasına razılaşdığını yazmışdı.
Qeyd edək ki, 38 yaşlı ulduz 2012-ci ildən Madrid klubunda çıxış edir.
TEMPİNFO