RU

Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti tarixi uğura imza atıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisi daha bir tarixi uğura imza atıb.

AZƏRTAC xəbər verir ki, daha əvvəl Millətlər Liqasında B divizionuna yüksəlməklə ölkə futbolunun tarixinə düşən Siyasət Əsgərovun komandası bu dəfə Avropa çempionatının seçmə mərhələsində ilk dəfə pley-offa vəsiqə qazanıb.

B Liqasının 1-ci qrupunda mübarizə aparan yığma son oyunda İsveçrə seçməsinə 0:3 hesabı ilə uduzaraq sonuncu olsa da, pley-offa yüksəlib.

Bu raundda ümumilikdə 28 komanda final mərhələsinə son 7 vəsiqə uğrunda mübarizə aparacaq. İki raunddan ibarət olan pley-off mərhələsinin püşkü iyulun 19-da atılacaq. Əvvəlcə 28 komanda 14 cütlük təşkil edəcək. Ardınca isə qalib yığmalar Avropa çempionatına son 7 vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Azərbaycan millisi püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Yığmanın potensial rəqibləri Portuqaliya, Şotlandiya, Uels, Serbiya, Ukrayna və Şimali İrlandiya kollektivləridir.

Qeyd edək ki, qadınlar arasında Avropa çempionatı 2025-ci il iyulun 2-dən 27-dək 16 ölkə yığmasının iştirakı ilə İsveçrədə keçiriləcək.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
50
6
dogru.az

10Источники