AZ

Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti tarixi uğura imza atıb

Bakı. Trend:

Qadın futbolçulardan ibarət Azərbaycan millisi daha bir tarixiuğura imza atıb.

Trend xəbər verir ki, daha əvvəl Millətlər Liqasında Bdivizionuna yüksəlməklə ölkə futbolunun tarixinə düşən SiyasətƏsgərovun komandası bu dəfə Avropa çempionatının seçmə mərhələsindəilk dəfə pley-offa vəsiqə qazanıb.

B Liqasının 1-ci qrupunda mübarizə aparan yığma son oyundaİsveçrə seçməsinə 0:5 hesabı ilə uduzaraq sonuncu olsa da,pley-offa yüksəlib.

Bu raundda ümumilikdə 28 komanda final mərhələsinə son 7 vəsiqəuğrunda mübarizə aparacaq. İki raunddan ibarət olan pley-offmərhələsinin püşkü iyulun 19-da atılacaq. Əvvəlcə 28 komanda 14cütlük təşkil edəcək. Ardınca isə qalib yığmalar Avropaçempionatına son 7 vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Azərbaycan millisi püşkatmada səpələnməmişlər səbətində yeralacaq. Yığmanın potensial rəqibləri Portuqaliya, Şotlandiya, Uels,Serbiya, Ukrayna və Şimali İrlandiya kollektivləridir.

Qeyd edək ki, qadınlar arasında Avropa çempionatı 2025-ci iliyulun 2-dən 27-dək 16 ölkə yığmasının iştirakı ilə İsveçrədəkeçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
7
az.trend.az

10Mənbələr