RU

AÇ-2025: Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) birinci pley-off mərhələsinə vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, yer aldığı B Liqasının 1-ci qrupunda 4 xalla sonuncu – dördüncü yeri tutan millimiz final mərhələsində iştirak şansını davam etdirir.

Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, komandamız B Liqasının qruplarında ən yaxşı dördüncü yerin sahibi kimi bu hüquqa yiyələnib.

İyulun 19-da birinci pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərbaycan milli komandasının rəqibi B Liqasında yoluna davam edən digər 11 iştirakçı arasında ən yüksək reytinqlilərdən biri olacaq: Portuqaliya, Şotlandiya, Uels, Serbiya, Ukrayna, Şimali İrlandiya.

Qeyd edək ki, birinci pley-off mərhələsinin oyunları oktyabrın 23-də və 29-da keçiriləcək. 6 cütün qalibi ikinci pley-off mərhələsinə vəsiqə qazanacaq.

Xatırladaq ki, Azərbaycan millisi AÇ-2025-in B Liqasının 1-ci qrupunda İsveçrə, Türkiyə və Macarıstan yığmaları ilə mübarizə aparıb. İsveçrə qrup qalibi kimi A Liqasına yüksəlib, millimiz isə növbəti mövsümdə C Liqasında mübarizə aparacaq.

Избранный
90
17
arena.az

10Источники