RU

Azərbaycan millisi Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazandı

Azərbaycanın qadın futbolçulardan ibarət millisi Avropa çempionatının birinci pley-off mərhələsinə vəsiqə qazanıb.

"Operativ Media" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yer aldığı B Liqasının 1-ci qrupunda 4 xalla sonuncu - 4-cü yeri tutan yığmamız final mərhələsində iştirak şansını davam etdirir.

Komanda B Liqasının qruplarında ən yaxşı 4-cü yerin sahibi kimi bu hüquqa yiyələnib.

İyulun 19-da birinci pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərbaycan millisinin rəqibi B Liqasında yoluna davam edən digər 11 iştirakçı arasında ən yüksək reytinqlilərdən biri olacaq: Portuqaliya, Şotlandiya, Uels, Serbiya, Ukrayna, Şimali İrlandiya.

Xatırladaq ki, Azərbaycan yığması dünən İsveçrəyə 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, birinci pley-off mərhələsinin oyunları oktyabrın 23-də və 29-da keçiriləcək. 6 cütün qalibi ikinci pley-off mərhələsinə vəsiqə qazanacaq.

Избранный
49
17
operativmedia.az

10Источники