RU

Şamaxıda toyda zəhərlənənlərin SON VƏZİYYƏTİ açıqlandı » Medical Media


"Şamaxı rayonunun Məlikçobanlı kəndində zəhərlənənlərdən 5-i azyaşlı olub".

Bu məlumat Medicalmedia.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

"16.07.2024-cü il tarixində Şamaxı rayonunun Məlikçobanlı kəndindən zəhərlənmə şübhəsi ilə 21 nəfər (11 nəfəri qadın, 10 nəfəri kişi cinsli olmaqla) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlardan 5-i azyaşlı olub.

Hospitalizasiya olunan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunur.

Избранный
77
1
medicalmedia.az

5Источники