RU

Qiymət artımı daha çox ərzaq məhsullarında baş verib — AÇIQLAMA

Cari ilin 6 ayı ərzində istehlakçılara satılan malların dəyəri açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27 milyard 251,2 milyon manatlıq, o cümlədən 15 milyard 036,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 214,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Birinci yarımildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6 %-i sırf ərzaq məhsullarının payına düşüb. İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a əhalinin ərzağa xərclədiyi məbləğin çox olmasının səbəblərini açıqlayıb:

“Bunun əsas səbəbi əhalinin əksəriyyətinin kasıb olmasıdır. İnkişaf etmiş ölkələrdə ərzaq xərcləri ümumi xərcin 25-30 faizini təşkil edir. Lap kasıb ölkələrdə isə bu göstərici 60 faiz və daha artıq olur. Xərcləmənin strukturu onu göstərir ki, əhalinin sosial vəziyyəti yaxşı deyil. Pandemiyadan sonra vəziyyət daha da kəskinləşib, çünki ərzaq bahalaşıb. İkinci səbəb isə odur ki, qiymət artımı daha çox ərzaq məhsullarında baş verib. İnflyasiya ötən illərdə daha çox idi. 2020-ci ildə inflyasiya 20 faizdən çox olub”.

Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
82
7
demokrat.az

7Источники