"Zirə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Şerif" növbəti transferini həyata keçirib.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Moldova təmsilçisi Gideon Uçe Qudladı transfer edib.
19 yaşlı nigeriyalı yarımmüdafiəçi İsrailin "Makkabi" (Petah-Tıkva) klubundan heyətə cəlb olunub.
Qeyd edək ki, "Zirə" ilə "Şerif" arasında Moldovada keçirilən ilk görüşdə Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması iyulun 18-də “Dalğa Arena”da keçiriləcək.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта