AZ

"Zirə"nin rəqibi növbəti transferini reallaşdırıb

"Zirə"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şerif" (Moldova) növbəti transferini reallaşdırıb.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Moldova təmsilçisi Gideon Uçe Qudladla anlaşıb.

19 yaşlı nigeriyalı yarımmüdafiəçi İsrailin "Makkabi" (Petah-Tıkva) klubundan transfer olunub.

Qeyd edək ki, komandalar arasında Moldovada baş tutan ilk görüşdə "Zirə" 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması isə iyulun 18-də “Liv Bona Dea Arena”da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
9
apasport.az

10Mənbələr