Bakı, 15 iyul, AZƏRTAC
Milli Məclisə növbədənkənar seçkilərdə namizədlik üçün 431 nəfər müraciət edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iyulun 15-də keçirilən iclasında söyləyib.
O bildirib ki, 261 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Müraciət edənlərdən 213 nəfər imza vərəqi alıb və artıq onlardan 9-u imza vərəqələrini qeydə alınmaq üçün dairə seçki komissiyalarına geri qaytarıb.