RU

İspaniya çempion! - Yenilənib+Video

Bu gün Almaniyada təşkil olunan Avropa çempionatının qalibi müəyyənləşəcək.

“Qafqazinfo” xəbər verir ki, finalda İspaniya və İngiltərə milliləri üz-üzə gələcək.

Matçı fransalı hakim Fransua Leteksye idarə edəcək. Görüş saat 23:00-da start götürəcək.

AÇ-2024

Final

14 iyul

23:00. İspaniya - İngiltərə

Qeyd edək ki, İngiltərə millisi yarımfinalda Niderlanda 2:1 hesabı ilə qalib gəlib. İspaniya yığması isə Fransanı məğlubiyyətə uğradıb - 2:1.

***

Avro-2024-ün finalında bu gün keçiriləcək İspaniya - İngiltərə oyunu üçün start heyətlər müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçda meydana aşağıdakı tərkibdə çıxacaqlar:

İspaniya: Unai Simon; Dani Karvahal, Robin Le Normand, Emerik Laport, Mark Kukurella, Rodri, Fabian, Dani Olmo, Lamine Yamal, Nico Uilliyams, Morata

İngiltərə: Pikford, Quehi, Stounz, Uolker, Şou, Saka, Kobbi, Rays, Bellinqem, Foden, Keyn 

***

Matç başladı.

***

İlk hissə qolsuz başa çatdı.

***

Niko Uilyams 46-cı dəqiqədə vurduğu qolla İspaniya hesabı açır.

***

Palmer 72-ci dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirir - 1:1.

***

86-cı dəqiqədə İspaniya yenidən hesabda önə keçir. Mikel Oyarzabal adını tabloya yazdırır.

***

Matç başa çatdı. İngiltərəni 2:1 hesabı ilə məğlub edən İspaniya millisi Almaniyada keçirilən Avropa çempionatının qalibi olur.

Избранный
116
8
qafqazinfo.az

10Источники