Bakı. Trend:
Türkiyə 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycana kimyəvimaddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1,8faiz artaraq 251,9 milyon dollara çatdırıb.
Trend-in TurkicWorld-ə istinadənməlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.
"2024-cü ilin iyun ayında Türkiyənin Azərbaycana kimyəvi maddəməhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 3,8 faizazalaraq, 37,7 milyon dollara bərabər olub", - deyə məlumatda qeydedilib.
Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-iyun aylarında kimyəvimaddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,9faiz artıraraq 15,8 milyard dolları ötüb.
“2024-cü ilin iyun ayında Türkiyənin dünya bazarlarına kimyəvimaddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,5faiz azalaraq, 2,2 milyard dollara bərabər olub”, – deyə məlumatdaqeyd edilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə31,6 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixracedib.