RU

Paris Olimpiadasına rekord sayda bilet satılıb


Paris Olimpiya Təşkilat Komitəsi Oyunlar tarixində rekord sayda bilet satıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP-yə təşkilat komitəsinin rəhbəri Toni Estanq bildirib.
Onun sözlərinə görə, olimpiadanın başlamasına iki həftə qalmış 8,6 milyon bilet satılıb. Əvvəlki rekord 1996-cı ildə Atlanta Oyunlarına 8,3 milyon bilet satılan zaman qeydə alınıb.
Ancaq buna baxmayaraq, olimpiadanın təşkilatçıları ümumilikdə 10 milyon bilet satmaq niyyətindədirlər.
Qeyd edək ki, Paris Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Избранный
108
50
yeniavaz.com

10Источники