RU

Peskov: ABŞ-ın Almaniyada uzaqmənzilli silahlar yerləşdirmək qərarı soyuq müharibəyə gətirib çıxarır

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-ın Almaniyada uzaqmənzilli silahlar yerləşdirmək qərarı Rusiya və Qərbi soyuq müharibəyə doğru aparır.

Editor.az xəbər verir ki, bu barədə o, ABŞ-ın 2026-cı ildən etibarən Almaniyada orta və qısa mənzilli qanadlı raketlər, uzun mənzilli və hipersəs silahları yerləşdirmə qərarını qiymətləndirib.

“Soyuq müharibəyə doğru möhkəm addımlar atırıq. Almaniya, ABŞ, Fransa və Böyük Britaniya Ukrayna ətrafında münaqişədə birbaşa iştirak edir”,- deyə o bildirib.

Qərbin bunu Moskvanın döyüş meydanında strateji məğlubiyyətini təmin etmək üçün etdiyini və Rusiya Federasiyasının bütün bunları nəzərə alması lazım olduğunu vurğulayan Peskov davam edib: “ Bu, bədbinlik üçün səbəb deyil. Əksinə, bu, bizim bir araya gəlməyimiz, malik olduğumuz bütün zəngin potensialdan istifadə etmək və xüsusi hərbi əməliyyatda qarşıya qoyduğumuz bütün məqsədlərə nail olmaq üçün bir səbəbdir”.

Qeyd edək ki, bir müddət əvvəl Pentaqon ABŞ-ın 2026-cı ildən etibarən Almaniyada SM-6, Tomahawk və hipersəs silahları da daxil olmaqla uzun mənzilli hücum sistemlərini yerləşdirməyə başlayacağını açıqlamışdı.

//Gülnarə Abasova, Editor.az

Избранный
129
3
editor.az

10Источники