ABŞ 2026-cı ildən etibarən Almaniyaya "Tomahawk" uzun mənzilli qanadlı raketlər yerləşdirəcək.
Sitat.info xəbər verir ki, ABŞ və Almaniyanın Vaşinqtonda keçiriləcək NATO Sammiti öncəsi verdiyi ortaq açıqlamaya görə, 2026-cı ildən etibarən Almaniyaya “Tomahawk” qanadlı raketləri və digər uzaq mənzilli silahlar yerləşdiriləcək.
Açıqlamada, Avropada uzaqmənzilli silahların yerləşdirilməsinin ABŞ-ın NATO-ya sadiqliyini və Avropanın çəkindirilməsinə verdiyi töhfəni göstərdiyinə diqqət çəkilərək, bunların "SM-6", "Tomahawk" raketləri və hazırda hazırlanmaqda olan hipersəs silahları olacağı bildirilib.
Kənan Yusif
Sitat.info