RU

Paris Olimpiadasına rekord sayda bilet satıldı

Paris Olimpiadasının Təşkilat Komitəsi Oyunlar tarixində rekord sayda bilet satıb.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilat komitəsinin rəhbəri Toni Estanq məlumat verib.

Olimpiadanın başlamasına iki həftə qalmış 8,6 milyon bilet satılıb. Əvvəlki rekord 1996-cı ildə Atlanta Oyunlarına 8,3 milyon bilet satılan zaman qeydə alınıb.

Bildirilib ki, Olimpiadanın təşkilatçıları 10 milyon bilet satmaq niyyətindədirlər.

Xatırladaq ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Избранный
81
50
hakimiyyet.az

10Источники