RU

Rusiya səfiri Antonov: ABŞ-ın Almaniyada raketlər yerləşdirmək planı böyük səhvdir

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bəyan edib ki, ABŞ-ın Almaniyaya orta və yaxın mənzilli raketlər yerləşdirmək planı beynəlxalq təhlükəsizliyə birbaşa təhdiddir və silahlanma yarışı riskini artırır.

Editor.az xəbər verir ki, səfir bu barədə rus jurnalistlərə verdiyi açıqlamada ABŞ Müdafiə Nazirliyinin hazırda Avropada mövcud olan bütün silahlardan üstün olan uzun mənzilli hücum sistemlərinin Almaniyaya yerləşdirilməsi işlərinə 2026-cı ildə başlanacağına dair açıqlamasını dəyərləndirərkən deyib.

“Bu, mahiyyətcə ABŞ-ın Avropada orta və yaxın mənzilli raketlər yerləşdirməyi planlaşdırması deməkdir. Bu, Vaşinqtonun ciddi səhvidir. Bu cür sabitliyi pozan addımlar beynəlxalq təhlükəsizliyə və strateji sabitliyə birbaşa təhdid yaradır”,- deyə o bildirib.

ABŞ-ın silahlanma yarışı riskini gücləndirdiyini qeyd edən Antonov sözlərini belə davam etdirib: “Xüsusilə qeyd etmək istərdim ki, Rusiyanın ölkəmizin təhlükəsizliyinə qarşı təxribatlara qarşı səbri hədsiz deyil. Almanlar başa düşmürlər ki, Amerikanın Almaniya ərazisindəki raket potensialı bu obyektlərin Rusiyanın hədəfində olacağı anlamına gəlir? Bu təhdid deyil, normal insanın sadə məntiqidir”.

//Gülnarə Abasova, Editor.az

Избранный
136
50
editor.az

10Источники