RU

AVRO-2024: İngiltərə ardıcıl ikinci dəfə finalda

Bakı. Trend:

Almaniyada keçirilən AVRO-2024 davam edir.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, yarımfinal mərhələsinin ikinci matçı Dortmundda baştutub.

Finala vəsiqə üçün Niderland və İngiltərə üz-üzə gəlib."Narıncılar" erkən qol vursalar da, britaniyalılar oyunda dönüşyarada biliblər. Qaret Sautqeytin komandası qələbə topunun oyununəsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə vurulub. Meydana sonradandaxil olan Ollie Uotkins dəqiq zərbə ilə komandasını finalayüksəldib. İngiltərə ardıcıl ikinci dəfə Avropa çempionatınınhəlledici matçında oynayacaq və qızıl medallar uğrunda matçdaİspaniya ilə qarşılaşacaq.

Qeyd edək ki, çempionatın həlledici matçı iyulun 14-dəkeçiriləcək.

AVRO-2024
Yarımfinal
10 iyul
23:00. Niderland – İngiltərə - 1:2
Qollar:
Xavi Simons, 7 - Harri Keyn, 18 (pen.). OllieUotkins, 90+1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
1
az.trend.az

2Источники