AZ

AVRO-2024: İngiltərə finalda – VİDEO

Almaniyada keçirilən AVRO-2024 davam edir.

İdman.biz xəbər verir ki, yarımfinal mərhələsinin ikinci matçı Dortmundda baş tutub.

Finala vəsiqə üçün Niderland və İngiltərə üz-üzə gəlib. “Narıncılar” erkən qol vursalar da, britaniyalılar oyunda dönüş yarada biliblər. Qaret Sautqeytin komandası qələbə topunu oyunun əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə vurub. Meydana sonradan daxil olan Ollie Uotkins dəqiq zərbə ilə komandasını finala yüksəldib. İngiltərə ardıcıl ikinci dəfə Avropa çempionatının həlledici matçında oynayacaq və qızıl medallar uğrunda matçda İspaniya ilə qarşılaşacaq.

Qeyd edək ki, çempionatın həlledici matçı iyulun 14-də keçiriləcək.

AVRO-2024Yarımfinal10 iyul23:00. Niderland – İngiltərə – 1:2Qollar: Xavi Simons, 7 – Harri Keyn, 18 (pen.). Ollie Uotkins, 90+1.Baş hakim: Feliks Zvayer (Almaniya)Dortmund. Vestfalenştadion

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
tempinfo.az

2Mənbələr