Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün yarımfinalın ikinci oyunu keçiriləcək.
“Qafqazinfo”nun məlumatına görə, Niderland millisi İngiltərə ilə üz-üzə gələcək.
Matçın start fiti saat 23:00-da səslənəcək.
AÇ-2024
Yarımfinal
10 iyul
23:00. Niderland - İngiltərə
Xatırladaq ki, yarımfinalın ilk görüşündə Fransa millisini 2:1 hesabı ilə məğlub edən İspaniya finala yüksəlib.
***
Matç başladı.
***
7-ci dəqiqədə Simonsun vurduğu qolla Niderland hesabı açılır.
***
Harro Keyn 18-ci dəqiqədə hesabı bərabərləşdir - 1:1.