AZ

İngiltərə qalib gəlir - Yenilənir

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün yarımfinalın ikinci oyunu keçiriləcək.

“Qafqazinfo”nun məlumatına görə, Niderland millisi İngiltərə ilə üz-üzə gələcək.

Matçın start fiti saat 23:00-da səslənəcək.

AÇ-2024

Yarımfinal

10 iyul

23:00. Niderland - İngiltərə

Xatırladaq ki, yarımfinalın ilk görüşündə Fransa millisini 2:1 hesabı ilə məğlub edən İspaniya finala yüksəlib.

***

Matç başladı.

***

7-ci dəqiqədə Simonsun vurduğu qolla Niderland hesabı açılır.

***

Harri Keyn 18-ci dəqiqədə hesabı bərabərləşdir - 1:1.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

90+1-ci dəqiqədə İngiltərə hesabda önə keçir. Vatkins fərqlənir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
2
qafqazinfo.az

6Mənbələr