RU

Azərbaycanda qızmar yay: İstidən necə qorunmalı?

Azərbaycanda yağışlı-küləkli havalardan sonra temperatur 30 dərəcəni ötüb.

Avropa, Amerika və Asiya ölkələrində isə istilər rekord həddə çatıb.

Bu həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yüksək temperaturlara görə xəstəlik və ölüm risklərinin artacağı ilə bağlı xəbərdarlıq edib.

Bəs, görəsən, sərinləməyin sadə yolları nədir?

Britaniyalı alimlər aşağıdakı üsulları məsləhət görürlər.

Paltarınıza su çiləyin

"Mənim üçün qızmar havada bayıra çıxmağın ən sadə üsulu paltarı islatmaqdır", - Cambridge Universitetindən Lisa Jardine-Wright deyir.

Suyun buxarlanması, yəni maye vəziyyətindən qaz vəziyyətinə keçməsi enerji tələb edir. Bu enerjini insan bədəni təmin edir. Nəticədə suyun buxarlanması temperaturun enməsinə gətirib çıxarır. Sərinləmə effekti yaranır.

Əgər siz ventilyatordan istifadə edirsinizsə, o, dərinizin səthindən buxarlanmanı sürətləndirir və siz sərinləyirsiniz.

"Fransada velosiped sürəndə havanın temperaturu 40C dərəcədən yuxarı idi. Mən, sadəcə, maykamı suya salıb çıxardım və bayıra çıxdım. Lakin bu üsul bir qədər ekstremal görünə bilər”, - Jardine-Wright deyir.

"Buxarlanma ilə müşayiət edilən istənilən proses bədəninizin temperaturunun aşağı düşməsinə səbəb olacaq".

İsti hava: daha yaxşı yuxu üçün 10 məsləhətDünyanın qeyri-adi istilərə məruz qalan 5 bölgəsi hansıdır?Qızmar Günəş altında fermerlik: pomidor niyə ucuz alınır və baha satılır?Əllərinizi soyuq suya salın

Əlləri soyuq suya salmaq sərinlənməyə kömək edir, Portsmouth Universitetindən psixoloq, professor Mike Tipton deyir.

Bədənin temperaturu artanda qan daha çox daxili orqanlardan dərialtı, o cümlədən, əlin içindəki kapillyarlara doğru axır.

"Bu zaman iki əlinizi də suya salsanız, istinin azalmasına kömək edərsiniz", Tipton deyir.

"Bədənin temperaturu normal səviyyəyə düşəndə, qan dövranı da yavaşlayır, qan, sanki soyuyur - insan özünü daha rahat hiss etməyə başlayır".

Ventilyatoru pəncərəyə yaxın işlədin

Pəncərələri bağlı otaqda ventilyatorun işləməsi havanın daha yaxşı dövriyyəsini təmin edir.

Lakin daha effektiv yol onu açıq pəncərənin yaxınlığında yerləşdirməkdir, Jardine-Wright deyir.

Onun sözlərinə görə, bu, bayırdakı havanın içəriyə doğru yönəlməsinə kömək edir.

"Pəncərə açıq olanda ventilyator soyuq havanı bayırdan içəriyə doğru çəkir, pəncərə bağlı olanda isə yalnız daxildəki hava dövriyyə edir".

Üzünüzü sərinlədinSu

Şəklin mənbəyi, Getty Images

Избранный
184
42
bbc.com

10Источники