RU

KomandaÇimərlik voleybolu üzrə Azərbaycan milliləri Avropa çempionatında iştirak edəcəklər

Çimərlik voleybolu üzrə Azərbaycan milliləri Avropa çempionatında iştirak edəcəklər.

"Report" xəbər verir ki, qızlardan və oğlanlardan ibarət yığmalar U-18 Avropa çempionatında güclərini sınayacaqlar.

Təmsilçilərimiz bu gün yarışın keçiriləcəyi Gürcüstanın Kaçreti şəhərinə yola düşüblər.

İyulun 10-dan 14-dək baş tutacaq yarışda ölkəmiz bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.

Qeyd edək ki, oğlanlar mübarizəyə əsas, qızlar isə təsnifat mərhələsindən qoşulacaqlar

Избранный
66
5
far.az

9Источники