RU

Rusiya Kramatorskı vurdu: yaralananlar var, hündürmərtəbəli binalar zədələnib

Rusiya ordusu  iyulun 9-da Donetsk vilayətində Kramatorska hücum edib. Nəticədə insanlar xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə  Donetsk vilayət administrasiyasının rəhbəri Vadim Filaşkin və Kramatorsk şəhər şurasından bildirilib.

İlkin məlumatlara görə, rusiyalılar Kramatorskda 9 mərtəbəli binanı vurublar. Daha iki hündürmərtəbəli binaya ziyan dəyib. Bütün lazımi xidmətlər hadisə yerindədir.

Filaşkinin aydınlaşdırdığı kimi, atəş nəticəsində üç nəfər yaralanıb, o cümlədən yaralılar arasında 6 yaşlı uşaq da var. Amma iki yaralıdan 1 nəfərin vəziyyəti ağırdır.

"Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir, bütün məsul xidmətlər hadisə yerində işləyir", - Filaşkin yazıb.

QAZİLER.AZ

Избранный
161
50
qaziler.az

10Источники