RU

STP Şirkətlər Qrupu satış distributorunun seçilməsi ilə əlaqədar müsabiqə elan edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



STP Şirkətlər Qrupu satış distribütorunun seçilməsi ilə əlaqədar müsabiqə elan edir.
Qrupa daxil "STP Global Cable" şirkəti kabel məhsullarının satışının həyata keçirilməsinə dair rəsmi distribütorunun seçilməsi ilə bağlı müsabiqə elan edir.
Sözügedən şirkət tərəfindən reallaşdırılan müsabiqə nəticəsində kabel məhsullarının eksklüziv və standart distribütorluğunu həyata keçirəcək şirkətlər seçiləcək. Müsabiqədə iştirak etmək üçün müvafiq hüquqi sənədlər və təkliflər qapalı və möhürlü zərfdə 25.07.2024-cü il tarixinədək iştirakçılar tərəfindən Sumqayıt şəhəri H.Z. Tağıyev qəsəbəsi ünvanında yerləşən "STP Global Cable" şirkətinin Satınalma şöbəsinə göndərilməlidir.
Müsabiqədə iştiraka dair əsas şərtlər toplusu ilə aşağıdakı keçidə daxil olaraq tanış olmaq mümkündür:
Eləcə də iştirakçılar "STP Global Cable" şirkətinin Satınalma bölməsinə elektron məktub (gcprocurement@stp.az) ünvanlayaraq müsabiqə haqqında ətraflı məlumat əldə edə bilərlər.
STP Şirkətlər Qrupunun təqdim etdiyi bütün məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək də əldə etmək mümkündür.
Избранный
145
50
oxu.az

10Источники