AZ

Mikayıl Cabbarov İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Ceykob Blitşteyn ilə görüşüb.
 
BAKU.WS xəbər verir ki, bununla bağlı M.Cabbarov rəsmi "Facebook" səhifəsində paylaşım edib.
 
Paylaşımda bildirilir:
 
"İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Ceykob Blitşteyn ilə görüşdə birgə iqtisadi fəaliyyətin potensial sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri nəzərdən keçirdik:
 
• İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması;
• İşgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi;
• Ticarət, sənaye, innovasiya və rəqəmsal sahələrdə əməkdaşlığın təşviqi".

 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
4
baku.ws

10Mənbələr