RU

ABŞ Gürcüstanla bütün əməkdaşlıq proqramlarını nəzərdən keçirir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Gürcüstanla bütün əməkdaşlıq proqramlarını nəzərdən keçirməyə başlayıb. Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
"Ümid edirik ki, Gürcüstan hökumətinin yeritdiyi strateji kursun dəyişməsinin şahidi olacağıq, lakin hazırda Gürcüstanla bütün əməkdaşlıq proqramlarımız nəzərdən keçirilir", - o, jurnalistin müvafiq sualını cavablandırıb.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi keçən həftə 2024-cü ilin yayında keçirilməsi planlaşdırılan ABŞ-Gürcüstan birgə təliminin strateji münasibətlərin nəzərdən keçirilməsi səbəbindən qeyri-müəyyən müddətə təxirə salındığını açıqlamışdı.
Mənbə: TASS
Избранный
171
50
oxu.az

10Источники