AZ

ABŞ hərbçiləri İraqda yaralanıb- Pentaqondan AÇIQLAMA

Image

ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun rəhbərlik etdiyi beynəlxalq koalisiyanın qüvvələrinin istifadə etdiyi İraqın Eyn əl-Əsəd hava bazasına edilən hücum nəticəsində bir neçə amerikalı hərbçinin yaralandığını təsdiqləyib. Bu barədə Pentaqonun rəsmisi beynəlxalq mediaya açıqlama yayıb. “Biz təsdiq edə bilərik ki, bu gün Eyn əl-Əsəd hava bazasında Amerika və koalisiya qüvvələrinə ehtimal ki, raket zərbəsi endirilib. İlkin məlumatlara görə, bir neçə amerikalı hərbçi xəsarət alıb”, – Pentaqonun nümayəndəsi qeyd edib.

O əlavə edib ki, ABŞ Müdafiə Nazirliyi hadisə ilə bağlı yeni informasiya daxil olduqca daha ətraflı məlumat verəcək.

Mətləb





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
5
baki-xeber.com

10Mənbələr