RU

“Şəfa” da İcraiyyə Komitəsinin iclasını gözləyir

Bildiyiniz kimi, “Şəfa” 2-ci liqada qalmaq uğrunda mübarizədə Vüqar Nadirovun rəhbərlik etdiyi “Hypers”ə uduzmaqla Region Liqasına yuvarlandı.

Buna baxmayaraq, klubun yeni rəhbərliyi - “MY GROUP Holding” bir sıra iddialı təkliflərlə ön plandadı. Belə ki, yeni rəhbərliyin gəlişindən sonra həm klubun Bakıdan köçüb hansısa rayonu təmsil edəcəyi, həm də paytaxtda qalarsa, “Şəfa” üçün stadion tikdirəcəyi haqda xəbərlər yayıldı.

Bəs indi durum necədi? Yeni rəhbərliyin bundan sonra hansı ideyalarının olduğunu öyrənmək üçün “Şəfa”nın idman direktoru Elvin Ələsgərovla əlaqə saxladıq. Klub rəsmisi başqa bölgəni təmsil etməyin mümkün olmadığını bildirməklə yanaşı, qalan məsələlərə də aydınlıq gətirdi:
“2-ci liqada qalmaq üçün bu addımı atmaq istəyirik. Kluba sponsorluqla sahiblik arasında fərq var. “MY GROUP Holding” klubu alıb. Rəhbərlik də bunu ön plana gətirərək, AFFA-ya müraciət edib ki, “Şəfa” 2-ci liqada qalsın. Yəni maliyyə baxımından klubun heç bir problem yoxdu. AFFA İcraiyyə Komitəsinin iyulun 15-də keçiriləcək iclasında komandanın 2-ci liqada qalıb-qalmayacağına aydınlıq gələcək. Ondan sonra da işlərə başlanılacaq”.

Yuxarı liqalarda, hətta elitada çıxış edən bir çox klubun stadion problemi olduğu halda, Region Liqasında mübarizə aparacaq klub üçün yeni stadionun tikilməsi təəccüb doğurur. Elvin bəy bu ziddiyyətə belə aydınlıq gətirdi:
“Klubun müəyyən strateji planı var və AFFA-ya da təqdim olunub. Region Liqası olsa belə, iştirak edib, mərhələ-mərhələ adlamağı düşünürük. Hədəfimiz premyer-liqadı. Nadir Əliyev də komandaya baş məşqçi təyin olunub. Region Liqasında qalsaq, Nadir müəllim komandanı 2-ci liqaya çıxarmaq üçün çalışacaq”.

Bəs görəsən, köhnə heyətlə yolları ayırmağın əsas səbəi nə oldu? Yoxsa həmin heyətin fəaliyyəti yeni rəhbərliyin hazırladığı strateji plana uyğun deyil? İdman direktoru mövzunu belə izah etdi:
“Bəli, ona görə də köhnə heyətlə yolları ayırdıq. İndi həm məşqçilər, həm də futbolçular baxımından tam yeni heyət formalaşır. Bir çox oyunçularla razılığa gəlinib və iclas da keçirilib. Sadəcə, ayın 15-ni gözləyirik ki, qərar qəbul olunsun və həmin futbolçularla müqavilə imzalansın. Yeni heyətimiz də əsasən Nadir müəllimin “Baku Sportinq” və “Füzuli”dən tanıdığı oyunçulardı”.

KAMAL SƏFƏR
Избранный
170
45
football-plus.az

10Источники