Krasnoyarsk diyarında yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 14 nəfər xəsarət alıb.
Bu barədə TASS regional Səhiyyə Nazirliyinə istinadən yazır.
“14 zərərçəkən tibbi yardıma müraciət edib, hamısı müayinə olunub”, – şöbədən qeyd edilib.
Xəstəxanaya çatdırılanlardan biri uşaq olmaqla 4 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Bundan əvvəl Voronej vilayətinin Kalaçeyevski rayonunda baş verən qəzada 5 nəfərin öldüyü bildirilirdi.
Mənbə TASS