RU

İlham Əliyev daha bir fərman imzaladı

Prezident İlham Əliyev Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən istifadə ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

Demedia.az xəbər verir ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyi Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən (REX) istifadə məqsədilə ixracatçıların qeydiyyata alınması barədə təsdiqedici kodun verilməsini, Ümumiləşdirilmiş Preferensiyalar Sistemi (GSP) daxilində birtərəfli qaydada tarif preferensiyalarının (güzəştlərinin) verilməsi ilə bağlı Avropa İttifaqına üzv olan dövlətlərdən, habelə Norveç və İsveçrədən daxil olan sorğuların cavablandırılmasını və bu çərçivədə digər işlərin həyata keçirilməsini təmin edən vahid səlahiyyətli orqandır.

Избранный
46
37
demedia.az

4Источники