RU

NATO Baydenlə bağlı narahatdır

Alyans ABŞ Prezidentinin seçkidə Trampa məğlub olacağından ehtiyat edir
ABŞ-ın NATO müttəfiqləri Prezident Co Baydenin ölkədə keçiriləcək prezident seçkilərində qalib gələ bilməyəcəyindən narahatdırlar. AYNA bildirir ki, bu barədə “Politico” nəşri NATO-ya yaxın məmurlara istinadən yazıb.
Nəşrin məlumatına görə, diplomatlar və dünya liderləri NATO sammiti ərəfəsində Baydenin yaşı, səhhəti və seçkilərdə qalib gələ bilməsi ilə bağlı ciddi narahatlıqlarını özəl olaraq bildirirlər.
Qeyd edək ki, Bayden və Tramp arasında ilk teledebat iyunun 28-nə keçən gecə baş tutub. Çoxları Baydenin performansını uğursuz hesab edib. Xüsusilə, Amerikanın ən böyük nəşri olan “New York Times” Baydeni seçki yarışından geri çəkilməyə çağırıb.

Избранный
161
21
ayna.az

10Источники