Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtonda keçirilən NATO sammitində Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyunu izləyib.
O, bu barədə özünün “X” sosial şəbəkəsində video paylaşıb. Kir Starmer oyuna Niderlandın Baş naziri Dik Şuf ilə baxıb:
“NATO iclaslarından çıxıb, hesabı yoxlamaq üçün doğru anı seçdim”, – deyə, o, paylaşımında yazıb. Videoda Kir Starmerin İngilərənin atdığı qola sevindiyi görünür.
Qeyd edək ki, görüş ingilislərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.