RU

Sautqeyt: “Bu, bizim ən yaxşı oyunumuz idi”

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-ün 1/4 final mərhələsində İsveçrə yığması ilə oyunu şərh edib.

Arena.az xatırladır ki, İngiltərə yığması əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmış oyunun penaltilər silsiləsində 5:3 hesablı qələbə qazanıb.

“Mən düşünürəm ki, oyunçularım əla idilər. Bu, bizim ən yaxşı oyunumuz idi. Onlara topla bağlı xeyli fəsadlar yaratdıq. Onlar həqiqətən yaxşı komandadırlar, onlara təzyiq göstərmək çətindir, onlara qarşı müdafiə olunmaq çətindir, onlar çox yaxşı hərəkət edirlər. Yarışda qalib gəlmək üçün sadəcə yaxşı oynamaq şərt deyil, bütün iradəli keyfiyyətlərinizi nümayiş etdirməlisiniz.

Bizim məqsədimiz – topla oynamaqdır, amma rəqiblər bizə mane olmağa çalışırlar. Komandamız əvvəldən də böyük təzyiq altında idi, amma biz bütün çətinliklərin öhdəsindən çox yaxşı gəldik. Hazırda, biz çox qol vura bilmirik, amma son üç oyunu yaxşı müdafiə olunan komandalara qarşı keçirmişik. Dörd cəhdlə üçüncü yarımfinala yüksəldik. İndi dayanmaq olmaz”, – BBC ingilis mütəxəssisdən sitat gətirir.

Beləliklə, AÇ-2024-ün yarımfinalına yüksəlmiş İngiltərə yığması burada Niderland yığması ilə qarşılaşacaq. Yarışda iştirakını məğlubiyyətsiz başa vurmuş İsveçrə yığması isə fəxrlə evə qayıdır.

Избранный
113
arena.az

1Источники