RU

"Penaltilər olsa belə, Türkiyə qalib gələcək"

“Avropa çempionatında ən parlaq nəticəni Türkiyə göstərdi. Türkiyə vətəndaşlarının turnirə marağı sayəsində həm meydanda, həm də meydandan kənarda ən çox danışılan komanda millimizdir".

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu türkiyəli jurnalist Sercan Dikmə deyib.

O komandanın 1/4 finalında Hollandiyaya qalib gələcəyinə əmindir.

“Maraqlı və gərgin, çoxlu qollu matç gözləyirəm. Qarşılaşma heç-heçə bitib əlavə vaxta və ya penaltilərə keçsə belə, Türkiyə qalib gələcək”, - Dikme bildirib.

Hollandiya və Türkiyə milli komandaları arasında oyun bu gün saat 23.00-da başlayacaq.


Müəllif: Pərvin Cəfərova
Избранный
131
12
teleqraf.com

10Источники