RU

''Beşiktaş''ın sabiq futbolçusu komandaya məşqçi kimi qayıtdı

''Beşiktaş''ın U-19 komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Bu vəzifəyə ''Beşiktaş''ın sabiq futbolçusu Vəli Kavlak gətirilib. Türkəsilli avstriyalı futbol adamı İstanbul nəhəngində 2011-17-ci illərdə top qovub və iki dəfə çempionluq sevinci yaşayıb. Məşqçi karyerasına yeni start verən 35 yaşlı Kavlak ötən ildən bu yana ''Rapid''in U-19 komandasını çalışdırırdı.

Qeyd edək ki, ''Beşiktaş''ın U-19 komandasında buna qədər Şenol Fidan işləyirdi. Amma bu məşqçi bu günlərdə 3-cü divizion təmsilçisi ''Batman Petrolspor''un başına keçdiyi üçün ''ağ-qaralar''dan ayrılmışdı.

ƏLİ

Избранный
61
football-plus.az

1Источники